Sayt rəhbəri şantaja görə həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaşlardan daxil olan müraciətlər əsasında “azerinfo.az" xəbər saytının rəhbəri Hümbətov İbrahim Qubad oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.
Qeyd edək ki, eyni əməllərə görə “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov da həbs edilib, barəsində cinayət işi açılıb, istintaq gedir.
Oxşar xəbərlər
Azərbaycanda internet portalının rəhbəri 6 il müddətinə HƏBS EDİLDİ
"Kanals.az" internet portalının təsisçisi və rəhbəri işləmiş Ələkbərov Sənan Məmməd oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib. BAKU.WS Report-a istinadla xəb...