Saxta diaqnozla əlillik dərəcəsi verən vəzifəli şəxslər hakim qarşısına çıxarılıblar
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilməsi ilə bağlı cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilkin olaraq təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilənlər barədə seçilmiş həbs olmayan qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsinə dair qərar qəbul edilib.
Baxış iclası dekabrın 3-nə təyin edilib.
Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına əsasən "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuş Əlişir Əliyev barədə daxil olmuş şikayətlər əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.
İbtidai istintaqla Əlişir Əliyevin sözügedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və Həkim məsləhət komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsini təşkil ediblər. Bu məqsədlə onların TƏBİB-in "e-tabib" elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edib, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Sabirabadda uşağa əxlaqsız hərəkətlər edən 64 yaşlı kişiyə 17 il HƏBS CƏZASI
Sabirabadda azyaşlıya qarşı seksual hərəkətlər etməkdə təqsirləndirilən Mərdan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BAKU.WS Lent.az-a istinad...