Sapphire Plazada yanğın həyəcanı - 15 mərtəbəli bina 8 dəqiqəyə boşaldıldı - VİDEO/FOTO

Sapphire Plazada yanğın həyəcanı - 15 mərtəbəli bina 8 dəqiqəyə boşaldıldı - VİDEO/FOTO
Video
Hadisə 1626

Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları tərəfindən sentyabrın 30-da Bakı şəhəri, Nizami küçəsi 1 ünvanında yerləşən Sapphire plaze biznes mərkəzində təlim keçirilib.

BAKU.WS xəbər verir ki, nazirliyin xilasetmə qurumlarının əməkdaşlarının cəlb edildiyi təlimin məqsədi yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi olub. Saat 12:15-də verilən həyəcan siqnalı ilə İş mərkəzinin bütün əməkdaşları binanı tərk ediblər. Təxminən 8 dəqiqə ərzində 15 mərtəbəli bina tamamilə boşaldılıb. FHN əməkdaşları Plazanın meydançasına toplaşan insanlara yanğından qorunmaq barədə məlumatlar verib, yanğın balonlarından istifadə qaydalarını izah ediblər.

Təlim planına uyğun olaraq yanğının söndürülməsi və insanların təxliyə olunması üzrə əməliyyatlar uğurla yerinə yetirilib.

Zülfüqar Xeyirxəbər 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda güclü yanğın - canlı qüvvə və texnika cəlb olundu

Azərbaycanda güclü yanğın - canlı qüvvə və texnika cəlb olundu

Bu gün saat 14:00 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində bələdiyyə torpaqlarında naməlum səbəblərdən yanğın hadisəsi baş verib. Ekologiya və Təbi...

1567 Hadisə 15:56 19 avqust 2016

Son xəbərlər