Şantajla pul tələb edən Sona Əhmədovaya 7 il həbs tələb olundu

Hədə-qorxu ilə tələb etmə maddəsi ilə təqsirləndirilən Sona Əhmədovanın cinayət işı üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxışı zamanı Sona Əhmədovun 7 il azadlıqdan məhrum edilməsini istəyib. Bununla yanaşı, ittihamçı qadının barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını məhkəməyə təklif edib.
İbtidai istintaq zamanı məlum olub ki, Sona Əhmədova iş yoldaşı Tavat Bayramova vasitəsilə Xavər Babayevaya 3 min manat faizə pul verib. Ancaq ayın tamamında Xavər Babayeva həmin pulu qaytara bilməyəndə onu yarıçılpaq şəkilləri ilə şantaj edib. Bundan sonra Xavər Babayeva 2021-ci ildən 2022-ci ilin əvvəlinə kimi ayrı-ayrı vaxtlarda Tavat Bayramovaya məxsus bank kartına məcburi surətdə 35 min manat pul göndərib.
Onun barəsində cinayət məcəlləsinin 182.2.4 (hədə qorxu ilə tələb etmə külli miqdarda olduqda) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Oxşar xəbərlər
12 il sonra vəzifəsindən azad olundu
Sahil Tahirli "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. BAKU.WS xəbər verir ki,...
