Samuxda yük avtomobili çaya aşıb, ölən var

Samuxda yük avtomobili çaya aşıb, ölən var
Hadisə 20

Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndinə yaxın ərazidə qeydə alınıb.

Belə ki, MAZ markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və maşın yoldan çıxaraq çaya düşüb. Nəticədə yük maşınının içərisində olan üç nəfərdən biri çayda boğularaq ölüb, digərləri isə sudan çıxa biliblər.

Hazırda əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunublar və ölən şəxsin axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər