Samuxda yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ: 21 nəfər xəstəxanaya yerləşdirildi
Mayın 20-də Samux rayonunun Lək kəndində keçirilən yas mərasimində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Araşdırma zamanı məlum olub ki, hadisə nəticəsində özünü narahat hiss edən 21 nəfərə tibb müəssisəsində zəruri yardım göstərilib və onlar artıq evə buraxılıblar.
"Zəhərlənmənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan və məişət şəraitində (evdə) hazırlanan qidalardan laborator müayinələr üçün nümunələr götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir" , - məlumatda bildirilib.
***20:10
Samux rayonunda yas mərasimində kütləvi zəhərlənmə baş verib.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.
Belə ki, kənddə keçirilən il mərasimində 20-yə yaxın şəxs zəhərlənib. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıblar. Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, həmin şəxslər yas mərasimində pomidor-xiyar yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məluma...