2 minlik siqareti belə oğurladı - ANBAAN VİDEO
18
yan
2026
10:51
Samuxda marketdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, rayonun Lək kəndində yerləşən mağazaların birində 2 000 manat məbləğində tütün məmulatı oğurlanıb.
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı E.Məmmədov saxlanılıb. Onun marketdən oğurluq etməsi kameralar vasitəsilə də lentə alınıb.
E.Məmmədovdan narkotik vasitə marixuana da aşkarlanıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlum...