Samuxda Kür çayının yaxınlığında gənc oğlanın meyiti tapılıb
Samux rayonunda 18 yaşlı gəncin meyiti aşkarlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti sözügedən ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, onun bir müddət əvvəl ürək əməliyyatı keçirib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda sürücünü təhdid etdi
İyunun 7-də Masazır qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi mübahisə ilə nəticələnib. Belə ki, KIA markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında əs...