Samuxda körpə bacı-qardaş naməlum səbəbdən ölüb

Samuxda körpə bacı-qardaş naməlum səbəbdən ölüb
Hadisə 295

Samux rayonunda iki azyaşlı körpə dünyasını dəyişib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, dünyasını dəyişən uşaqlar üç və iki yaşlı körpələrdir.

Hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb.

Vəziyyətləri ağırlaşan körpələr dünən səhər yaxınları tərəfindən xəstəxanaya aparılsalar da, R.Quliyevanın öldüyü məlum olub.

N.Quliyev isə xəstəxanada dünyasını dəyişib.

Onların ölüm səbəbi hələ ki, bəlli deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər