Samuxda elektrik yarımstansiyasının təmiri zamanı partlayış baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Samux rayonunda elektrik yarımstansiyasının əməkdaşı yanıq xəsarətləri alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.
1962-ci il təvəllüdlü Bayramov İslam Əlinağı oğlu bədənin 2-ci 3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, xəsarət alan şəxs Bayramov İslam Samuxda elektrik yarımstansiyasının əməkdaşıdır. Hadisə zamanı həmin şəxs növbədə olub, təmir işləri aparan zaman partlayış baş verib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli olay - 2 nəfər bayram tonqalına düşdü
Gəncədə 14 yaşlı oğlan bayram tonqalına düşərək yanıq xəsarətləri alıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə al...