Samuxda bir nəfərin öldüyü qəzanı QHT sədri törədibmiş
Qəzada həyatını itirən şəxslə hadisəni törətməkdə şübhəli bilinən sürücünün kimliyi məlum olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin rayon sakini, "Vətənpərvərlər" İctimai Birliyinin sədri Məhərrəm İsmayılovun idarə etdiyi "Opel" markalı avtomobillə törətməsi müəyyənləşib.
Qəzada həyatını itirən şəxs isə araba ilə odun daşıyan Sərkar kənd sakini 72 yaşlı Əsgərov Elmay Məmməd oğludur.
Araşdırmalar davam etdirilir.
![]()
**** 10:06
Samuxda ölümlə nəticələn ağır yol qəzası olub.
BAKU.WS xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan minik maşını arabanı vurub. Arabada olan orta yaşlı kişi xəstəxanaya aparılsa da müayinə zamanı onun öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Qazax rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü A.Quliyeva yaşadığı evi...