Samuxda açıq ərazidə yanğın olub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonunun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 6 ha sahədə qamışlıq və kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Xızıdakı yanğının təfərrüatları açıqlanıb - YENİLƏNİB-4
Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın nəticəsində təxminən 60 hektar sahədə quru ot və kol-kos yanıb. Bu barədə BA...