Samuxda 2 qardaş mübahisə zəminində xəsarət alıb

Samuxda 2 qardaş mübahisə zəminində xəsarət alıb
Hadisə 73

Samux rayonunda şəxsi münasibətlər zəminində düşən əlbəyaxa dava zamanı 2 qardaş xəsarət alıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Çobanabdallı kəndində qeydə alınıb. Belə ki, tərəflər arasında hələ məlum olmayan səbəblərdən düşən əlbəyaxa dava zamanı 2 qardaş müxtəlif xəsarətlər alıb.

Onlardan birinin aldığı xəsarətlərlər daha ciddi olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxs isə xəstəxanaya getməkdən imtina edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər