Samux sakinindən 4 kq narkotik götürüldü - FOTO

Samux sakinindən 4 kq narkotik götürüldü - FOTO
Foto
Hadisə 68

Samux rayon sakinində narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayonun Kövər kənd sakini, əvvəllər məhkum olunmuş Taleh Məmmədov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman tövlədən 4 kq 60 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər