Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Hadisə 32

Şamaxı rayonunun Məlhəm kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 38 yaşlı Kənan Səlimov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektar quru ot sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər