Şamaxıda torpaq sürüşməsi baş verib

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda qeydə alınıb.
Sürüşmə nəticəsində yolda bir metr dərinliyində və dörd metr enində iri yarğan əmələ gəlib, nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Həmçinin yolun asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.
Yerli sakinlər bildiriblər ki, ərazidə torpaq sürüşməsi hər gün daha da aktivləşir. Son günlərdə müşahidə olunan davamlı yağıntılar bu prosesi daha da sürətləndirib.
Sürüşmə zonası xüsusi xəbərdarlıq nişanları ilə işarələnib.


Oxşar xəbərlər
Bərdədə bazarda satılan pendir və nehrə yağlarında bakteriya aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən "Bərdə Ticarət" ASC-yə məxsus bazarda yoxlama keçirib. AQTA-dan BAKU.WS-ə ver...