Şamaxıda qumar oynayanlar tutuldu
08
fev
2025
11:35
Şamaxıda qumarxana aşkarlanıb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Şamaxı rayon Polis Şöbəsinə rayonun Sabir qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Görülən tədbirlərlə həmin obyektdə qumar oyunları oynayan E.Allahverdiyev, Z.Nəsibov, T.Pənahov və Ə.Quliyev, eləcə də obyektin sahibi N.Məlikov saxlanılıblar.
Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Qadını şantaj edən gənc həbs olundu
Bakıda qadını şantaj edən gənc həbs olunub. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. İnternet vasitəsilə tanış olduğ...