Şamaxıda 9 yaşlı məktəblinin faciəli ölümü ilə bağlı DETALLAR - Hadisə yerindən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxıda 9 yaşlı məktəblinin zəhərlənməsi ilə bağlı bəzi detallar məlum olub.
BAKU.WS Baku TV-yə istinadən məlumat verir ki, Maksud Cəbrayıllı anası ilə birlikdə marketə gedərək bazarlıq ediblər.
Dayısı Kazım Cəbrayılovun sözlərinə görə, həmin qidadan yalnız Maksud yeyib. Günorta saatlarında vəziyyəti pisləşdikdən sonra onu xəstəxanaya aparıblar və ona qida zəhərlənməsi diaqnozu qoyulub.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....