Şamaxı-İsmayıllı yolunda "Audi" yanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı-İsmayıllı yolunda maşın yanıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Hadisə ilə bağlı FHN-in mətbuat xidmətindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Muğanlı kəndi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "AUDİ Q7" markalı minik avtomobilində yanğın baş verdiyi məlum olub.
Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yanar hissələri və ətrafında 200 kv.m. sahədə quru ot yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Hadisə anına dair kadrları təqdim edirik:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...