Salyanda yol qəzası olub, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Sadıqova Xədicə Ağakərim qızının idarə etdiyi "Changan" markalı avtomobil KİA markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "Changan"ın sürücüsü, habelə digər avtomobildə olan şəxslər - Salyan rayon sakinləri; 1999-cu il təvəllüdlü Alxanov Babək Əlifağa oğlu, 1989-cu il təvəllüdlü Mayılov Şamxal Ələsgər oğlu, 1986-cı il təvəllüdlü Bayramov Saməddin Əlişal oğlu və 1997-ci il təvəllüdlü Bayramov Mahir Qalib oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...