Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var
Salyanda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Yeni Ələt-astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınınb. Belə ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində Sumqayıt şəhər sakinləri; 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı, 1980-ci il təvəllüdlü Paşayev Anar Natiq oğlu və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri - V.Paşayeva yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Suraxanıda dəmir darvazalar oğurlayan şəxslər ələ keçib
Suraxanı rayonu ərazisində yerləşən anbarların birindən 13 ədəd dəmir darvaza və su çənlərinin oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirl...