Salyanda yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində "VAZ-2107" markalı avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Arbatan kənd sakini N.Babayevə idarə etdiyi nəqliyyat vasitəsində qeyd edilən qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.
Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində inzibati qaydada tədbirlər görülən zaman isə sonuncu buna mane olaraq, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.
N.Babayev barəsində Salyan RPŞ-də qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə sonuncu 10 sutka inzibati qaydada həbs edilib.
Qalereya
Oxşar xəbərlər
Avtoxuliqanlıq görüntülərini sosial şəbəkədə yayan sürücülər saxlanıldılar - FOTO/VİDEO
Balakəndə avtomobilində konstruksiya dəyişikliyi edən, qaydaları pozan sürücü polisin qanuni tələbinə məhəl qoymadığı üçün inzibati həbs olunub. Bu barədə BAKU....