Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının son durumu açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ələt-Astara magistralında avtomobildə baş vermiş yanğını söndürərkən maşın vuran FHN əməkdaşının vəziyyəti qənaətbəxşdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Bildirilib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunan 1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə zamanı bir FHN əməkdaşının həkiməqədər ölüm faktı qeydə alınıb.
Oxşar xəbərlər
Kəlbəcərdə AĞIR QƏZA: Bir nəfər ölüb, bir nəfər yaralanıb
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunun şəhər...