Salyanda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb

Salyanda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb
Hadisə 0

Salyanda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci km-də hərəkətdə olan qatarın 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı vurması nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

Oxşar xəbərlər

Son xəbərlər