Salyanda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qanunsuz ov edənlərə qarşı əməliyyat keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin (ŞPŞ) Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən rayonunun Düzənlik kəndi ərazisində həmin kəndin sakinləri, 1988-ci il təvəllüdlü Xəlilov Elvin Güloğlan oğlu və 1967-ci il təvəllüdlü Əliyev Arif Maarif oğlu qanunsuz ov etdiklərinə görə saxlanılıb. Saxlanılan şəxslərdən sənədləri olmayan 2 ədəd ov silahı, 2 ədəd patron və 1 ədəd çöl ördəyi aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı kriminal ünsürlərin qanlı razborkası – Dəhşətli cinayətlər
İyulun 31-də Hacıqabul rayonunda ölkəni şoka salan cinayət hadisəsi baş verdi. BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, həmin gün saat 06 radələrində Hacı...