Salyanda qadın özünü yandıraraq intihar edib
25
avq
2023
15:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan rayonunda qadın özünü yandıraraq intihar edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə ötən gün Qarabağlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Abasova Nərminə Əlikram qızı intihar etmək məqsədi ilə üzərinə yandırıcı maddə töküb.
Müxtəlif dərəcəli ağır yanıq xəsarətləri alan N.Abasova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq qadın bu gün xəstəxanada ölüb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə... - Azərbaycanda dəhşətli hadisə
Sabirabad rayonunda 1967-ci il təvəllüdlü Muğamat İbadov 46 yaşlı arvadı Sevincə işgəncə verib. BAKU.WS teleqraf.com-a istinadən xəbər verir ki, əri tərəfindən...