Salyanda qadın faciəvi şəkildə öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda avtomobildən yıxılan qadının başı dəmir-betona çırpılıb, hadisə yerində ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Plastmass yaşayış massivinin sakini, 1959-cu il təvəllüdlü Bağırova Fatma Qəhrəman qızı sərnişini olduğu mikroavtobusla gələrkən qəfil astması tutub. Sürücü qadının nəfəs alması üçün qapını açıb, bu zaman qadın çantasından astma xəstəliyinə qarşı dərmanı çıxarmaq istəyərkən avtomobildən yerə yıxılıb və yuvarlanaraq başı dəmir-betona çırpılıb.
Hadisə nəticəsində F.Bağırova dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ana 15 yaşlı qızını kişi ilə tutdu: "Yataq otağında..." - Təfərrüat
Abşeron rayonunda 15 yaşlı qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham olunan Neftçala rayon sakini, 1986-cı il təvəllüdlü Taleh Bağırovun cinayət işi üzrə məhkəmə...