Salyanda oğurluq və soyğunçuluq edən üç nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda oğurluq və soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kərimbəyli kəndi ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 4 000 manat olan dəmir boru və lövhələr oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs tutulub.
Araşdırmalarla onların əvvəllər məhkum olunmuş rayon sakinləri Orxan Hüseynov və Röyal Səmədov olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə mart ayının 15-də rayon ərazisində bir qadına qarşı zor tətbiq edərək əlində olan 380 manat pulu soyğunçuluq yolu ilə ələ keçirən əvvəllər məhkum olunmuş Pərviz Əhmədov saxlanılıb.
Saxlanılan zaman onun üzərindən psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Oxşar xəbərlər
Çoban Tovuzda tək qalan müəllimi zorladı - Gecəyarısı təcavüz
Tovuz rayonunda qadına təcavüzdə ittiham olunan 1994-cü il təvəllüdlü Orxan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf.com”a istin...