Salyanda müəmmalı hadisə: Çobanın 84 baş qoyunla birlikdə yoxa çıxması ilə bağlı YENİ DETALLAR
23
iyl
2026
10:24
Salyan rayonunda 26 yaşlı gəncin heyvanlarla birlikdə yoxa çıxmasının bəzi təfərrüatı məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs heyvanları özü aparıb. Ümumilikdə itdiyi iddia olunan xırdabuynuzlulardan 54-ü qoyun, 30-u keçi olub. 71 baş heyvan tapılsa da, məlum olub ki, R.Rüstəmov 14 baş heyvanı özü ilə aparıb.
Məlumata görə, bu, R.Rüstəmovun törətdiyi ilk hadisə deyil, o, əvvəllər də eyni hadisəni törədib və sonradan evə qayıdıb.
Oxşar xəbərlər
Bakıda həyatlarını heçə sayan skuter və velosiped sürənlərin GÖRÜNTÜLƏRİ
Bakının Nəsimi rayonu, Füzuli küçəsində skuter və velosiped idarə edən şəxslərin avtobus zolağında və yolun hərəkət hissəsində yol hərəkəti qaydalarını pozaraq...