Salyanda mikroavtobus avtomobillə toqquşub, 5 nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan rayonunda "Ford Transit" markalı sərnişindaşıyan mikroavtobus "Mersedes" markalı avtomobillə toqquşub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində Neftçala rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Etibar Ağamməd oğlu, Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Veysəlova Xoşqədəm Əli qızı, 2006-cı il təvəllüdlü Veysəlova Gülşən Tehran qızı, 1992-ci il təvəllüdlü Bağırov Əlihüseyn Qədəmşah oğlu və 1995-ci il təvəllüdlü Əkbərov Adil Fəxrəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Salyan Rayon Mərkəzi Xəstəxanasından "Report"un Aran bürosuna bildirilib ki, 3-ü kişi, 2-si qadın olmaqla 5 nəfər saat 16:00 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...