Salyanda kütləvi dava olub - 2 nəfər bıçaqlanıb

Salyanda kütləvi dava olub - 2 nəfər bıçaqlanıb
Foto
Hadisə 470

Salyanda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan şəhəri Zeynalabdin Tağıyev küçəsindəki parkda qeydə alınıb.

Belə ki, kütləvi dava zamanı rayonun Bəydili kənd sakini, 1994-cü il təvəllüdlü Tərlan Əhmədağa oğlu Qasımov və onun dostu Aşağı Kürkənd kənd sakini, 1995-ci il təvəllüdlü Təhmasib İbad oğlu Şirəliyev tanımadığı şəxslər tərəfindən bıçaqlanıb.

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılar cərrahiyyə şöbəsində əməliyyat olunaraq xəstəxanaya yerləşdirilib.

Tərlan Qasımovun dediyinə görə, marketlərdən bazarlıq etmək məqsədi ilə şəhərə gəlib. Parkın yaxınlığından keçərkən dostu Təhmasib Şirəliyevin tanımadığı 5-6 nəfər tərəfindən döyüldüyünü görüb.

Onları ayırmaq istəyərkən bu hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda toyda kütləvi dava - dostunu ürəyindən bıçaqladı

Azərbaycanda toyda kütləvi dava - dostunu ürəyindən bıçaqladı

Göygöl rayonunda kütləvi dava baş verib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun şadlıq saraylarından birində qeydə alınıb. İçkili vəz...

1853 Hadisə 10:31 08 dekabr 2019

Son xəbərlər