Salyanda köhnə tikilinin içərisində gizlədilmiş narkotik aşkarlandı
07
iyn
2025
14:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.
Penitensiar Xidmətdən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində Elçin Ağamirzə oğlu Ələkbərov tərəfindən Salyan rayonu Noxudlu kəndi ərazisində köhnə tikilinin içərisində gizlədilmiş, ümumi çəkisi 2 kiloqram 590 qram olan narkotik vasitə (745 qram heroin, 725 qram qurudulmuş marixuana və 1120 qram tiryək) aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...