Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
29
iyl
2026
09:12
İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni - 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N. Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hövsanda ağır yol qəzası: Sürücü xəstəxanaya aparılarkən yolda vəfat etdi
Suraxanı rayonunun Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Qeyd edilib ki, hadisə...