Salyan sakini güllələnib, saxlanılan var
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 17 radələrində Salyan rayonunun Qardili kənd sakini Yaşasın Səfərovun Sarvan kəndi ərazisində yerləşən fermaların birində odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, ilkin araşdırma zamanı adıçəkilən şəxsə rayonun Noxudlu kənd sakini Nəciməddin Hüseynov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib.
N.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi təklüləli ov tüfəngi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Azərbaycanda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi
Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə yetirib. Teleqraf.com-un məlumatına görə, Kənan 29 may 2022-ci ildə saat 13 radələrind...