Sakinlər dəhşət yaşadılar: "Kəndi su aparıb, tədbir görən yoxdur!"
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunda yağan leysan nəticəsində yaranan sel suları bir sıra fəsadlara səbəb olub.
Baku TV-nin bildirdiyinə görə, rayonun Qorxmazoba kəndində iki məhəlləni birləşdirən körpü yararsız vəziyyətə düşüb.
Nəticədə kənddaxili yolda nəqliyyatın hərəkəti məhdudlaşıb, sakinlərin təsərrüfat sahələrinə və rayon mərkəzinə gediş-gəlişi çətinləşib.
Sakinlərin sözlərinə görə, körpünü iki aydan çoxdur ki, sel aparıb. Yağış yağan zaman ərazidən nə avtomobillə, nə də piyada keçmək mümkündür.
Onlar qeyd edirlər ki, məktəblilər də hər gün həmin yoldan istifadə edirlər. Sel gələn zaman uşaqların həyatı üçün ciddi təhlükə yaranır.
"Bu taxtanı özüm qoydurmuşam. Bir ayağım yoxdur, taxtanın üzərindən böyük çətinliklə keçirəm", - deyə sakin bildirib.
Məsələ ilə bağlı Qorxmazoba kəndinin daxil olduğu Çiçi-Zərqəva bələdiyyəsindən bildirilib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri, kənd icra nümayəndəliyinin və bələdiyyənin əməkdaşları baxış keçiriblər. Mövcud vəziyyət aktlaşdırılıb və yaxın vaxtlarda problemin aradan qaldırılması üçün tədbir görüləcək.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....