Şair Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb
Şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Qobustan" dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında bildirib.
K.Şükürovun vəfat səbəbi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957-ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.
Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetlərində əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub.
Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub.
Oxşar xəbərlər
Söyüş söydüyü üçün üzərinə benzin töküb od vurublar: "Yana-yana çənlərə tərəf qaçıb"
Bakıda bacısının keçmiş ərini yandırmaqda təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər v...