Şahin Məmmədova Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb
18
dek
2024
19:36
Birinci dərəcəli kapitan Şahin Məmmədov Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini müvəqqəti icra edir.
Məlumatı "Report"a Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr xidmətindən təsdiq ediblər.
Qeyd edək ki, Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.
Oxşar xəbərlər
Oğul ona siqaret almayan atasını bıçaqladı
Gəncə şəhərində oğul atasını siqaretə görə bıçaqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Mətləb Məmmədov (soyad şər...