Sahil qəsəbəsində avtomobil aşıb, ölən var

Sahil qəsəbəsində avtomobil aşıb, ölən var
Hadisə 147

Qaradağ rayonunda avtomobil aşıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Sahil qəsəbəsi ərazisində 2000-ci il təvəllüdlü Orxan Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobili dəmir çəpərə vuraraq aşırıb.

Nəticədə, Orxan Həsənov və sərnişini 1988-ci il təvəllüdlü Fəxrəddin İbrahimov xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sürücü həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər