Sahil Babayev Füzuli Ələkbərovun kadrına yüksək vəzifə verdi

02
iyl
2019
15:31
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qurumun sosial təminat siyasəti şöbəsinə yeni müdir təyin edib.BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Babək Hüseynov ƏƏSMN-nin Sosial təminat siyasəti şöbəsinin müdiri təyin olunub.Qeyd edək ki, B.Hüseynov bundan əvvəl sosial təminat siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Sabiq nazir Füzuli Ələkbərovun ən yaxın adamlarından sayılır.Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat katibi Fazil Talıbovun mövqeyini öyrənmək mümkün olmayıb.
Oxşar xəbərlər
Elman Babayevə Gömrük Komitəsində vəzifə verildi
Əməkdar jurnalist Elman Babayev yeni işə təyin olunubBAKU.WS-in məlumatına görə, E.Babayev bu gündən Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr...
