Sahibsiz itlər həyətdə oynayan uşaqlara hücum çəkdilər - İki uşaq ağır xəsarətlər alıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron Rayonu Masazır qəsəbəsində sahibsiz itlər uşaqlara hücum edib.
Sakinlərin BAKU.WS-ə verdikləri məlumata görə, hadisə Qurtuluş 93 Yaşayış Kompleksində baş verib.
Uşaqlar həyətdə oynayarkən bir sürü it onlara hücum çəkib. Qonşuların köməkliyi sayəsində uşaqları xilas etmək mümkün olub.
Lakin itlərin hücumu fəsadsız ötüşməyib. Həyətdə oynayan 3 yaşlı Əkbər və 5 yaşlı Cəsur adlı iki uşaq itlərin hücumu nəticəsində ağır xəsarətlər alıblar. Hazırda uşaqlar 1 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.
Uşaqlardan birinin vəziyyəti nisbətən ağır, digərinin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib.
Oxşar xəbərlər
Bərdədə şok olay: Qadın evində saxladığı kişi ilə qızını zəncirlədi - TƏFƏRRÜAT
Bərdə rayonunda 1985-ci il təvəllüdlü Əkbər qeyri-rəsmi nikahda yaşadığı 1991-ci il təvəllüdlü Nigarla (adlar şərti verilib – red.) azyaşlı uşaqlarına işgəncə v...