Sahibkar baş həkimi döyüb - TƏFƏRRÜAT
24
okt
2019
10:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda iranlı həkim döyülüb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazemi Behnam Əli oğlu Yasamal rayon Polis Şöbəsinə müraciət edərək ötən gün həkim işlədiyi “Starmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil Musayev tərəfindən döyüldüyünü bildirib.Behnam Kazemi qeyd edib ki, o, "Starmed" klinikasının baş həkimi və cərrahıdır. Onu döyən isə klinikanın yerləşdiyi binanın sahibidir:
"Bizim aramızda baş verən mübahisəyə onun heç bir əsas gətirmədən məni binadan çıxarması səbəb oldu. Mən icarə pulunu ödəmişəm.Lakin buna baxmayaraq o, bütün avadanlıqlarımı binadan çölə atıb. Bu azmış kimi bir də məni döyüb".B.Kazemi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyi qeyd edib.
Oxşar xəbərlər
Bakıda 65 yaşlı kişi çoxmərtəbəli binadan yıxılıb öldü
Bakıda xəstə kişi binadan yıxılıb ölüb.BAKU.WS-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.Belə ki, Nərimanov rayonu, Ə.Əliyev kü...