Sabunçuda qadın qətlə yetirilib, oğlu saxlanılıb
01
avq
2026
12:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində yerləşən evlərin birində 1972-ci il təvəllüdlü Sevinc Məmmədova bıçaqla qətlə yetirilib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən qadının oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, öldürülən qadın 2021-ci ildə İstanbulda vəfat edən ictimai fəal Bayram Məmmədovun anası, şübhəli şəxs qardaşıdır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...