Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Z.Məmmədov və H.İsmayılov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, həmin şəxslərdən 2 ədəd ov silahı, həmin silahlara aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....