Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən iki nəfər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçiriblər.
Keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş Nicat Quliyev və G.Teymurova saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqrama yaxın marixuana və heroin aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...