Şabranda qəzada xəsarət alan şəxslərin kimlikləri məlum oldu

Şabranda qəzada xəsarət alan şəxslərin kimlikləri məlum oldu
Foto
Hadisə 785

Şabranda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimlikləri məlum olub.

BAKU.WS "Report"a istinadən bildirir ki, Bakı-Quba avtomobil yolunun Şabran ərazisindən keçən hissəsində "Niva", "KamAZ" və "Mercedes Atego" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada Əmrulla Mustafa oğlu Ağakişiyev, Elnur Natiq oğlu Cəbrayılov və Samir Müşviq oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***17:25

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, iki yük və bir minik avtomobilinin toqquşması nəticəsində "Niva" markalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində ölüb.

Yaralananların da olduğu bildirilir.

Hazırda fakt araşdırılır.

Oxşar xəbərlər

Bakının Binə qəsəbəsində istixana yanır

Bakının Binə qəsəbəsində istixana yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində istixana ərazisində yanğın baş verməsi barədə ilkin...

97 Hadisə 20:06 31 avqust 2025

Son xəbərlər