Şabranda acınacaqlı vəziyyət - Yağış sinif otaqlarına axır
Şabran royon Dəvəçi kənd tam orta məktəbin yararsız vəziyyətdə olması ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi açıqlama verib.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, 2024-2025-ci tədris ili ərəfəsində regionda 5 yeni məktəb binası tikilərək istifadəyə verilib.
18 məktəb və 6 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri aparılıb. Hazırda daha 4 təhsil müəssisəsinin tikintisi davam etdirilir.
Ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, Şabran rayon Dəvəçi kənd tam orta məktəbin binasının mövcud vəziyyəti ilə bağlı məlumatlıyıq, idarənin əməkdaşları tərəfindən təhsil müəssisəsinə yerində baxış keçirilib.
Ümumi təhsil müəssisəsinin əsaslı təmiri və ya tikintisi üçün aidiyyəti üzrə müraciət olunub. Qeyd edirik ki, məktəblərin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.
Bununla yanaşı bildiririk ki, yağışlı hava şəraiti ilə bağlı Agentliyə və Regional Təhsil İdarələrinə daxil olan müraciətlər operativ şəkildə qeydiyyata götürülür, müvafiq təhlillər aparılır.
Bu tipli müraciətlərlə bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb. Tədrisin fasiləsizliyini təmin etmək məqsədilə dəymiş zərərin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Banu Hüseynli
***12:53
Şabran royon Dəvəçi kənd tam orta məktəbi yararsız vəziyyətdədir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.:
Bildirilib ki, hazırda bölgədə yağan yağış təmirsiz məktəbin durumunu daha da ağırlaşdırıb. Bəzi sinif otaqlarında isə artıq dərs keçmək mümkünsüz olub:
"Demək olar bütün otaqlarda tavandan yağış suları otaqlara axır. Artıq 2-3 otaqda dərs keçməyi dayandırıblar. Otaqlar çox soyuq olur. Şagirdlərin səhhəti təhlükə altındadır".
Sözügedən görüntüləri təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Bakıda yol-nəqliyyat hadisəsi olub, işıqfor yararsız vəziyyətə düşüb
Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-in Mətbuat xidmətindən bildiri...