Sabirabadda yeniyetmə tonqala düşdü - Vəziyyəti ağırdır
13
mar
2025
11:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabad rayonunda yeniyetmə yanıq xəsarətləri alıb.
BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, martın 11-i saat 23 radələrində 2012-ci il təvəllüdlü Ayaz Taryel oğlu Rzazadə yaşadığı Bulduq kəndindəki evin həyətində çərşənbə axşamı ilə əlaqədar yandırılmış tonqala düşüb. O, yanıq xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tibbi yardım göstərilən yeniyetmə daha sonra Bakıda yerləşən ixtisaslaşmış xəstəxanaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...