Sabirabadda qadın qətlə yetirilib, 17 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 26-da Sabirabad rayonu ərazisində 1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
*** 16:25
Sabirabad rayonunda qadın qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Bildirilib ki, avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
"Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib. Araşdırma aparılır", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Bərdədə epilepsiya xəstəsi qadını baltaladı - YENİLƏNİB
Bərdədə baş verən qətlin bəzi detalları məlum olub. BAKU.WS report-a istinadən xəbər verir ki, qətli törətməkdə təqsirləndirilən Azər Rəşid oğlu İbrahimov epile...