Sabirabadda avtomobil kanala aşdı, sürücü öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) Sabirabad rayonunda avtomobilin su kanalına düşməsi və sürücünün ölməsi barədə məlumat yayıb.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Bala Həşimxanlı kəndi ərazisində “Mercedes-Benz” markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin səyi nəticəsində avtomobil su kanalından çıxarılıb və içərisində aşkarlanan 1981-ci il təvəllüdlü Mirzəyev Elman Nizam oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - VİDEO + YENİLƏNİB - 4
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxs...