Sabirabadda 16 yaşlı qızı öldürərək Kürə atmaqda şübhəli bilinən şəxs barədə cinayət işi başlanıb

Sabirabadda 16 yaşlı qızı öldürərək Kürə atmaqda şübhəli bilinən 21 yaşlı şəxs barədə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadının meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
Oxşar xəbərlər
Bakıda avtobus şüşəsini sındıran sərxoş sərnişin SAXLANILDI
Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub. Daxili İşlər Nazirliyinin (DİN...
